“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl Belqorod sakini Aleksandr Demidenko məktəb dərslikləri satırdı. Müharibə başlayandan sonra o, ukraynalı qaçqınlara kömək etməyə başladı: bəzilərini evində pulsuz yerləşdirdi, Ukraynaya qayıtmaq istəyənlər üçün isə iki ölkə arasındakı yeganə işləyən nəzarət-buraxılış məntəqəsi olan Kolotilovka keçid məntəqəsini keçməyə kömək edirdi. Həmin məntəqəni keçmək üçün xəstəlikləri olan bir çox qocanın köməyə ehtiyacı var idi”.
![](http://ssl.moderator.az/file/articles/2024/05/04/1714802033_demidenko1.jpeg)
Moderator.az xəbər verir ki, bunu Rusiyanın müxalif “Meduza” nəşri yazır.
“2023-cü ilin payızında Demidenko şərlənərək “qanunsuz silah alveri” ittihamı ilə həbs edilib və istintaq təcridxanasına göndərilib. Aprelin əvvəlində bu könüllü öz kamerasında ölü tapılıb, biləkləri kəsilmiş olub”- rus nəşri belə yazır.
“Meduza” Aleksandr Demidenkonun oğlu Oleqlə atasının niyə müharibədən qaçan ukraynalılara kömək etmək qərarına gəldiyini danışıb. Müsahibənin orijinalını bu linkdə oxuya bilərsiniz:
S.Laçın